Endirimi necə hesablayırıq
Mağazalar tez-tez “köhnə qiymət”i süni şəkildə yüksək yazır. Biz buna etibar etmirik: endirim yalnız məhsulun özünün real qiymət tarixçəsinə görə hesablanır.
Addım-addım
- Hər gün 8 Bakı mağazasının (Kontakt, Baku Electronics, İrşad, Elit Optimal, Abu Life, Soliton, Smarton, Digital Home) qiymətləri avtomatik yoxlanılır və tarixçəyə yazılır.
- Hər məhsul üçün son 60 gün üzrə hər günün ən aşağı qiyməti götürülür, onların medianı “adi qiymət” sayılır. Median bir neçə günlük qısa qalxıb-enmələrə həssas deyil.
- Son 3 gün adi qiymətə daxil edilmir: təzə endirim adi qiyməti özü aşağı salmasın.
- Endirim = (adi qiymət − indiki qiymət) ÷ adi qiymət. Mağazanın üstündən xətt çəkilmiş “köhnə qiymətini” nəzərə almırıq.
Siyahıya nə düşür
- Endirim ən azı 10% olmalıdır.
- Məhsulun ən azı 14 günlük qiymət tarixçəsi olmalıdır; yeni məhsula “endirim” demirik.
- Qiymət ən azı 30 ₼, məhsul stokda və qiymət son 36 saatda yoxlanılıb.
- 60%-dən böyük endirim iki yoxlama ardıcıl saxlanılmasa göstərilmir, 90%-dən böyük endirim səhv sayılır və heç göstərilmir.
- Şəkli olmayan məhsullar göstərilmir.
Nümunə
Son 60 gündə məhsulun adi qiyməti 500 ₼ olub, bu gün 400 ₼-dır: endirim 20%, qənaət 100 ₼. Mağaza “köhnə qiymət 800 ₼” yazsa belə, biz 20% göstəririk.
Digər mağazalarda qiymət
Məhsul kartında həmin məhsulun digər mağazalardakı cari qiymətləri ucuzdan bahaya göstərilir. Əgər məhsul yalnız bir mağazada varsa, bu blok görünmür.
Yenilənmə
Siyahı gün ərzində hər 2 saatdan bir yenilənir; qiymətlərin özü mağazalardan gündə 1–2 dəfə götürülür. Qiymət dəyişə bilər, almadan əvvəl mağazada yoxlayın.
Endirim radarı by coupons.az →